Rusiyada helikopter qəzaya uğrayıb - Ölənlər var

media-ads_728_90

Rusiyanın Oryol vilayətində “Mi-8” helikopteri qəzaya uğrayıb, ekipaj həlak olub.

“TV1” xəbər verir ki, bu barədə Moskva hərbi dairəsinin mətbuat xidməti məlumat yayıb.

Qəzanın texniki nasazlıq səbəbindən baş verdiyi ehtimal olunur. Helikopter Narışkino qəsəbəsi yaxınlığında tərk edilmiş kimya müəssisəsinin ərazisinə düşüb.

“Mash Telegram” kanalının məlumatına görə, qəzaya uğrayan Mi-8 helikopterinin göyərtəsində pilot və bort mexaniki olub.

media-ads_728_90
Paylaş