Rusiyada qəzaya uğrayan təyyarənin bütün sərnişinləri həlak olub - YENİLƏNİB 2
Qəzaya uğrayan “An-24” təyyarəsinin bütün sərnişinləri və ekipaj üzvləri ölüb.
“TV1” TASS-a istinadən xəbər verir ki, ilkin məlumatlara görə, təyyarə qəzasının baş verməsinə səbəb kimi zəif görmə şəraitində eniş zamanı ekipajın səhvinin olduğu deyilir.
10:59 ———————————————————————————————————————————
Rusiyada radarlardan itən “AN-24” sərnişin təyyarəsinin qalıqları Tındadan 15 km məsafədə aşkar edilib.
“TV1” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatında bildirilir.
Qeyd olunur ki, hadisə yerində hazırda araşdırma aparılır.
10:05 —————————————————————————————————————————————-
Rusiyanın Amur vilayətində sərnişin təyyarəsi radarlardan itib, onunla əlaqə yoxdur.
“TV1” xəbər verir ki, bu barədə “İnterfaks” təcili xidmətlərə istinadən məlumat yayıb.
Təyyarənin göyərtəsində 40 sərnişin və 6 ekipaj üzvü var.
Bildirilib ki, “An-24” təyyarəsi Xabarovsk-Blaqoveşensk-Tında marşrutu ilə hərəkət edirdi.
Son nöqtəyə yaxın sərnişin təyyarəsi radardan itib.