Rusiyanın Həştərxan şəhərində IX Xəzər Mediaforumu keçirilir - FOTO/VİDEO
Rusiyanın Həştərxan şəhərində IX Xəzər Mediaforumu keçirilir.
“TV1” xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi bu beynəlxalq forumda Xəzəryanı ölkələrdən olan siyasi-ictimai xadimlər, jurnalistlər, mədəniyyət nümayəndələri və ekspertlər təmsil olunublar.
Azərbaycan nümayəndə heyətinə Mədəniyyət nazirinin müavini Fərid Cəfərov rəhbərlik edir.
“Mədəniyyətlər dialoqu Xəzər regionunun inkişafının əsasıdır” lozunqu ilə reallaşan forumda müasir dövrün çağırışları, mədəniyyətlərarası əlaqələrin vacibliyi, rəqəmsal informasiya texnologiyalarının inkişafı müzakirə olunur.