Sabah Bakıda və Abşeron yarımadasında leysan olacaq - XƏBƏRDARLIQ

media-ads_728_90

Aprelin 15-dən 16-na keçən gecədən Bakıda və Abşeron yarımadasında yağışın leysan xarakterli intensiv olacağı, günün birinci yarısınadək yarımadanın bəzi yerlərində güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən “TV1”-ə verilən məlumata görə, şimşək çaxacağı ehtimalı var.

Aprelin 17-si gündüzədək şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcək.

Gözlənilən intensiv və güclü yağışla əlaqədar Abşeron yarımadasının bəzi ərazilərində subasma halları istisna olunmur.

Aprelin 17-si səhər yağıntılar kəsiləcək.

media-ads_728_90
Paylaş