Sabahın havası - Yağış, duman, külək...

media-ads_728_90

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən aprelin 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən “TV1”-ə verilən məlumata görə, gecəyə doğru bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 10-14° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 753 millimetr civə sütunundan 757 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 faiz, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi, gecə və səhər arabir duman olacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq.

Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 22-27° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacaq.

media-ads_728_90
Paylaş