Sahibə Qafarovanın yenidən parlament sədri vəzifəsinə namizədliyi irəli sürülür

media-ads_728_90

Sahibə Qafarovanın yenidən parlament sədri vəzifəsinə namizədliyi irəli sürülür.

“TV1” xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının yeni seçilmiş deputatlarının iclasında qərar qəbul edilib.

Xatırladaq ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 təşkilatı, 69 ölkəni təmsil edib.

Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfərin siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var. Sentyabrın 21-də Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiq edib.

Qeyd edək ki, Sahibə Qafarova bundan əvvəl VI Çağırış Milli Məclisin sədri olub.

media-ads_728_90
Paylaş