Samara vilayətinin "Alpan" xoreoqrafik qrupu "Rəqs Rusiya" müsabiqəsinin finalına yüksəlib - FOTO/VİDEO

media-ads_728_90

Bu il mart ayının 30-da Soçi şəhərinin Park Arena konsert zalında keçirilən “Rəqs Rusiya” irimiqyaslı beynəlxalq xoreoqrafiya müsabiqəsinin “Uçuş nöqtəsi” adlanan yarımfinal mərhələsi keçirilib.

“TV1” xəbər verir ki, tədbirdə Rusiyanın müxtəlif regionlarından 59 komanda, o cümlədən Samara vilayəti Azərbaycanlılar Liqasının “Alpan” xoreoqrafik qrupu da iştirak edib.

Xoreoqraf Mirməhəmməd Mehman oğlu Seyidlinin rəhbərliyi ilə “Alpan” komandası öz nominasiyası üzrə birinci dərəcəli Diplom qazanıb və bu, onlara müsabiqənin final mərhələsinə vəsiqə qazandırıb. Final mərhələsi bu ilin payızında Sankt-Peterburqda keçiriləcək.

“Alpan” komandasını uğurlu çıxışı münasibətilə təbrik edir və onlara “Rəqs Rusiya” beynəlxalq rəqs hərəkatının finalında qələbə arzulayırıq!

 

 

media-ads_728_90
Paylaş