Seçki bülletenləri bu gün bölgələrə çatdırılacaq - RƏSMİ
“Ölkə ərazisində keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı seçki bülletenləri ilk olaraq dünən Naxçıvana çatdırılıb”.
“TV1” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bülletenlər dünən AZAL vasitəsiylə Naxçıvana çatdırılıb.
“Bu gün isə digər bölgələrə çatdırılması planlaşdırılır”, – deyə o qeyd edib.
Xatırladaq ki, yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.