media-1200x100

Seçki Müşahidə Koalisiyası: ATƏT Azərbaycan əleyhinə qərəzli yanaşmaları və hesabatları ilə tanınıb

media-ads_728_90

ATƏT Azərbaycan əleyhinə qərəzli yanaşmaları və hesabatları ilə tanınıb.

“TV1” xəbər verir ki, bu barədə “Vətəndaş Cəmiyyəti Uğrunda” Seçki Müşahidə Koalisiyasının seçkilərin müşahidəsi ilə bağlı bəyanatında qeyd edilib.

Sənəddə bildirilib ki, sentyabrın 1-də Milli Məclisə seçkilər azad, ədalətli, demokratik, şəffaf keçirilib:

“Seçki marafonuna qoşulan siyasi partiyalar, namizədlər üçün bərabər şərait yaradılıb. Koalisiya olaraq, bir məqamı da qeyd edirik ki, seçki günü – səsvermə başa çatmamış ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna aid olduğu iddia olunan səsvermə gününə dair seçki hesabatının internet resurslarında yayılması bu təsisata qarşı Azərbaycan ictimaiyyətində inamı daha da zədələyib. ATƏT əvvəlki dövrlərdə də Azərbaycan əleyhinə qərəzli yanaşmaları və hesabatları ilə tanınıb. Ermənistan və Azərbaycan arasında müharibə çoxdan başa çatsa da, Azərbaycan Respublikası öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etsə də, ATƏT-in Minsk qrupu tarixə çevrilsə də, ATƏT-in hələ də Minsk qrupunu rəsmi qaydada ləğv etməməsi Azərbaycanda bu təşkilata, o cümlədən onun Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna ictimai etimadı sıfırlayıb. Bura ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun ötən dövr ərzində azərbaycanlı məcburi köçkünlərin və qaçqınların pozulmuş insan hüquqları ilə əlaqədar hərəkətsizliyi də əlavə olunmalıdır”.

Qeyd edək ki, Seçki Müşahidə Koalisiyası 538 nəfər müşahidəçi ilə respublika üzrə 75 seçki dairəsində müşahidə aparıb. Müşahidəçilər Xankəndi, Şuşa, Xocalı, Zəngilan, Füzuli, Laçın, həmçinin Naxçıvan Muxtar Respublikasında da olublar.

media-ads_728_90
Paylaş