Marko Curiç: "Azərbaycanda parlament seçkiləri demokratik, ədalətli və sərbəst şəkildə keçirilib"
“Azərbaycanda parlament seçkiləri demokratik, ədalətli və sərbəst şəkildə keçirilib”.
“TV1” xəbər verir ki, bu sözləri Serbiyanın xarici işlər naziri Marko Curiç sentyabrın 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə keçirdiyi mətbuat konfransında söyləyib.
O bildirib ki, Serbiya Azərbaycan hökuməti və parlament ilə işləməyə hazırdır.