Sərnişin qatarı alovlandı - Sərnişinlər təcili təxliyə edildi

media-ads_728_90

Gürcüstanda Ozurgeti-Tiflis istiqamətində hərəkət edən sərnişin qatarında yanğın baş verib.

“TV1” apa-ya istinadən xəbər verir ki, qəzanın səbəbinin qeyri-müəyyən olduğu bildirilir.

Məlumata görə, hərəkətdə olarkən vaqonlarda elektrik enerjisi kəsilib və qatar dayanıb. Sərnişinlərdən vaqonları tərk etmələri istənilib.

Sərnişinlər daha sonra tüstü müşahidə etdiklərini bildiriblər.

media-ads_728_90
Paylaş