Sertifikatlaşdırma prosesi ilə bağlı saxta xəbər kampaniyası başlayıb

media-ads_728_90

“Təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı saxta xəbər- “fake news” kampaniyası başlayıb”.

“TV1” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (BŞTİ) İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri Zenfira Sevdimalı bildirib.

“Son günlər sosial şəbəkələrdə təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı həqiqətə uyğun olmayan və ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş bəzi məlumatlar paylaşılır. İctimaiyyətdə çaşqınlıq yaratmaq məqsədilə yayımlanan bu suallardan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində istifadə edilməyib. Bu yanaşma sağlam və əsaslı tənqid çərçivəsindən uzaqdır, təhsilin keyfiyyəti və inkişafı ilə əlaqəsi yoxdur”, – deyə məlumatda qeyd edilib.

media-ads_728_90
Paylaş