Səttar Bəhlulzadənin təhsil aldığı məktəbdə dahi rəssamın 115 illiyi qeyd olunub - FOTO
Səttar Bəhlulzadənin təhsil aldığı 84 nömrəli orta məktəbdə bu gün dahi rəssamın 115 illiyi qeyd olunub.
“TV1” xəbər verir ki, tədbirdə yazıçı-dramaturq Əhməd Orucoğlunun “Sonuncu Dərviş” adlı kitabının təqdimatı baş tutub.
Məktəbin direktoru Röya xanım tədbir iştirakçılarını salamlayıb. Sonra Rəssamlar İttifaqının katibi Ağaəli İbrahimov Səttar Bəhlulzadənin yaradıcılığı və “Sonuncu Dərviş” kitabı haqqında fikirlərini söyləyib.
Daha sonra əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Əmircan Ağsaqqallar Şurasının üzvü, rəssam Fərhad Muradov və başqaları çıxış ediblər.