media-1200x100

Şəxsiyyət vəsiqəsinin vaxtı ötmüş seçicilər seçkidə səs verə biləcəklər

media-ads_728_90

“Bizdə olan məlumata görə, bəzi seçicilərin şəxsiyyət vəsiqəsinin müddəti başa çatıb”.

“TV1” xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

O diqqətə çatdırıb ki, bu, onların səs verməsinə maneə deyil:

“Burdan rəsmi olaraq bildiririk ki, vaxtı ötmüş şəxsiyyət vəsiqəsi heç bir seçicini səsvermə hüququndan məhrum etmir. Səs vermələri üçün onlara bütün şərait yaradılacaq”.

Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.

media-ads_728_90
Paylaş