Şimali Kiprin təhsil naziri Nazım Çavuşoğlunun "TV1"-ə özəl müsahibəsi KİPR MEDİASINDA - VİDEO
Bu günlərdə Azərbaycanda səfərdə olan Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) təhsil naziri Nazım Çavuşoğlu “TV1” kanalına eksklüziv müsahibə verib.
“TV1” xəbər verir ki, ŞKTC-nin təhsil naziri Nazım Çavuşoğlunun kanalımıza eksklüziv müsahibəsi Şimali Kiprin mediasında da yayımlanıb.
“Kibrispostasi.com”da yer alan xəbərdə ŞKTC-nin təhsil naziri Nazım Çavuşoğlunun “TV1”-ə verdiyi özəl açıqlamaları, Azərbaycan-ŞKTC arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikirləri vurğulanır.
Qeyd edək ki, Şimali Kiprin təhsil naziri Nazım Çavuşoğlu “TV1” kanalına eksklüziv müsahibəsində bildirib:
“Hazırda Azərbaycanın Təhsil Nazirliyi ilə bu istiqamətdə danışıqlar aparılır. Məmləkətinizə səfərim çərçivəsində Azərbaycanın təhsil naziri Emin Əmrullayevlə görüşdüm. Bir çox məsələlərlə bağlı Emin Əmrullayevlə ətraflı müzakirələr apardıq. O cümlədən, azərbaycanlı tələbələrin Şimali Kipr Türk Cümhuriyyətində təhsil almaları ilə əlaqədar də danışıqlar apardıq. İşbirliyimizlə bağlı müzakirələrimizi davam etdirəcəyik. Azərbaycanın da dəstəyilə Şimali Kipr Türk Cümhuriyyətinin universitetlərində bursla təhsil almaq imkanı əldə edə biləcək gənclərin sayını artırmağı nəzərdə tuturuq”.
Yeri gəlmişkən xatırladaq ki, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar Azərbaycana son səfəri zamanı “TV1” kanalına eksklüziv müsahibə verib. Prezident Ersin Tatarın sosial şəbəkə hesabında ölkəmizə səfəri ilə bağlı videoçarx yayımlanıb. Həmin videoçarxda Prezident Ersin Tatarın “TV1” kanalına eksklüziv müsahibəsinin görüntüləri də yer alıb.
Mətanət Əliyeva
Daha ətraflı videomüsahibədə: