Simonyan: "Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir" - VİDEO
“Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və belə olaraq qalır”.
“TV1” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu parlamentin sədri Alen Simonyan parlamentdə müxalifətçi deputat Qeqam Manukyanla mübahisə zamanı deyib.
“Mən başa düşürəm ki, hər bir sözdən yapışıb, bunun üzərində tezislər qurmaq, nəyi isə sübut etməyə çalışmaq olar. Amma fakt faktlığında qalır, bizim haqqında danışdığımız ərazi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və bu, indi də belədir”, – deyə A.Simonyan vurğulayıb.
O bildirib ki, Azərbaycan Qarabağda əməliyyatı BMT Təhlükəsizlik Şurasının ən azı 3-4 qətnaməsi çərçivəsində həyata keçirib.