Slovakiyada iki qatar toqquşub - 100 nəfər xəsarət alıb

media-ads_728_90

Slovakiyanın şərqində qatarların toqquşması nəticəsində təxminən 100 nəfər xəsarət alıb.

“TV1” xəbər verir ki, bu barədə Slovakiya KİV-i ölkənin daxili işlər naziri Matuş Şutay-Eştoka istinadən məlumat yayıb.

İki nəfərin vəziyyəti kritikdir.

Nazirin sözlərinə görə, qəzanın ilkin səbəbi qatarlardan birinin maşinistinin diqqətsizliyi olduğu ehtimal edilir.

media-ads_728_90
Paylaş