Sosial sığorta olunanların sayı 2,73% yüksəlib.
2024-cü ilin yanvar-sentyabr aylarında fərdi uçot sistemində uçota alınmış sığorta olunanların sayı 136 min nəfərdən çox və ya 2,73% artıb.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, beləliklə, “TV1”-ə 2024-cü ilin 1 oktyabr tarixinə uçota alınmış sığorta olunanların sayı 5,1 milyon nəfər təşkil edib.