"Sovetski"də orta əsr Bakısı yaradılır - ÖZƏL/VİDEO

media-ads_728_90

“Bakıda yeni qoruq yaradılır”.

Bunu “TV1”-ə özəl açıqlamasında Rieltorlar Assosiasiyasının sədri, daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev deyib.

O bildirib ki, qoruq “Sovetski” adlanan ərazidə yaradılacaq:

“Orta əsr Bakısının tarixi memarlıq binaları qorunub saxlanılacaq. İçərişəhər qədim Bakıdır. “Sovetski”də də orta əsr Bakısı formalaşacaq ki, bu, təxmini XVI əsrin sonundan başlayaraq, XIX əsrdə, eləcə də XX əsrin əvvəlinədək tikilmiş binalar – mədrəsələr, məscidlər, kilsə – qoruqda qorunub mühafizə olunacaq. Bundan başqa, çox sayda yaşayış binaları da həmin ərazidə qorunub saxlanılacaq. Bu yaşayış binalarının ətrafındakı bütün fərdi evlər söküləcək. Həmin ərazilərdə park salınacaq. Bu ərazi orta əsr Bakısı olacaq”.

E.Fərzəliyev həmçinin qeyd edib ki, bu paytaxın mərkəzini sıxlıqdan qurtarmaq, eyni zamanda şəhərimizdə qədim bir Bakını qoruyub saxlamaq məqsədi daşıyır: “Həm də həmin ərazidə olan minlərlə qəzalı vəziyyətdə mənzillər, fərdi yaşayış evləri mövcuddur. O evlərdə yaşayan vətəndaşların yeni daha sağlam binalarda mənzil almasına şərait yaradılır”.

Mətanət Əliyeva

Daha ətraflı videomüsahibədə: 

media-ads_728_90
Paylaş