“Sovetski”də söküntü prosesinin növbəti mərhələsi ilə bağlı ÖZƏL AÇIQLAMA

media-ads_728_90

Paytaxtda “Sovetski” kimi tanınan ərazidə söküntü işləri aparılır.

“TV1” xəbər verir ki, sözügedən ərazidən köçürüləcək sakinlərlə aparılan danışıqlardan sonra artıq tərəflər arasında razılıq əldə olunub.

Bildirilir ki, həmin vətəndaşlara kompensasiyalar ödənilib.

Qeyd edək ki, söküntü işləri Çingiz Mustafayev, Mirzəağa Əliyev, Nizami, Rza Quliyev, Nabat Aşurbəyova küçələrini əhatə edəcək.

Xatırladaq ki, söküntü işləri Yasamal Rayon İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidmətinin nəzarəti ilə icra olunur.

Rieltorlar Assosiasiyasının sədri, daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev “TV1”-ə özəl açıqlamasında bildirib ki, həmin ərazidə park salınması gözlənilir.

 

media-ads_728_90
Paylaş