“Sputnik-Azərbaycan”da əməliyyat keçirilir - VİDEO 

media-ads_728_90

“Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir.

“TV1” xəbər verir ki, hazırda istintaq tədbirləri aparılır.

Daxili İşlər Nazirliyindən “report”a faktı təsdiqləyiblər.

Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 24-də bildirmişdi ki, “Rossiya Segodnya”nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi ləğv edilib.

O söyləmişdi ki, sözügedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.

Ancaq buna baxmayaraq, “Sputnik-Azərbaycan”ın fəaliyyətini davam etdirdiyi, əməkdaşlarının işə çıxdığı məlum olub.


media-ads_728_90
Paylaş