“Sputnik Azərbaycan” işinə görə cinayət işi başladı - 7 nəfər həbs olundu

media-ads_728_90

Daxili İşlər Nazirliyinin (DİN) “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialında (“Sputnik Azərbaycan”) keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə bağlı 7 nəfər saxlanılıb.

“TV1” xəbər verir ki, apa-nın əldə etdiyi məlumata görə, Cinayət Məcəlləsinin dələduzluq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri üzrə cinayət işi başlanaraq 2 nəfər həbs edilib, digər 5 nəfər cinayət məsuliyyətinə cəlb edilib.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, “Rossiya Seqodnya” İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) 2025-ci ilin fevralında akkreditasiyası dayandırılsa da qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb.

media-ads_728_90
Paylaş