ABŞ Şri-Lanka sahillərində İran gəmisinə zərbə endirib: 101 nəfər itkin düşüb, 78 yaralı var - YENİLƏNİB
Şri-Lanka sahillərində İran gəmisinə ABŞ tərəfindən zərbə endirilib.
“TV1” xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Qeyd edək ki, İranın ən müasir hərbi gəmisinə hücum nəticəsində ən azı 78 nəfər yaralanıb, 101 nəfər itkin düşüb.
xxx
Şri-Lanka sahillərində sualtı qayıq İran gəmisinə hücum edib.
“TV1” xəbər verir ki, “Reuters“ Agentliyinin yaydığı məlumata görə, hadisə nəticəsində 101 nəfər itkin düşüb.
78 nəfərin isə yaralandığı bildirilir.
Hələlik hadisənin detalları açıqlanmayıb.
Şri-Lanka donanmasının sözçüsü bildirib ki, çərşənbə günü səhər tezdən İran donanmasının IRIS Dena hərbi gəmisinin qəza siqnalı göndərdiyi ərazidə başqa gəmi və ya təyyarə yoxdur.
Qeyd edək ki, “Reuters” Agentliyi Şri-Lanka Hərbi Dəniz Qüvvələri və ölkənin Müdafiə Nazirliyindəki mənbələrə istinadən İran gəmisinin mənşəyi dəqiqləşdirilməmiş sualtı qayığın hücumuna məruz qaldığını bildirmişdi. Hücum nəticəsində İran gəmisinin 101 ekipaj üzvü itkin düşüb, 78 nəfər isə yaralanıb.
Şri-Lanka Hərbi Dəniz Qüvvələri iddia edir ki, yaralanan 32 dənizçi xilas edilərək yerli xəstəxanaya çatdırılıb,. Xilasetmə əməliyyatı Şri Lanka Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri tərəfindən aparılır.








