Sülh sazişindən sonra azərbaycanlılarla ticarətə başlayacağıq - Alen Simonyan
“Sülh sazişinin imzalanmasından dərhal sonra Ermənistan və Azərbaycan sakinləri bir-biri ilə ticarətə başlayacaqlar”.
“TV1” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərlə söhbətində bildirib.
“”Ticarət olmayacaq, divarlar çəkəcəyik, bir-birimizə salam verməyəcəyik” kimi illüziyalarla yaşamağı dayandırın”, – deyə A.Simonyan vurğulayıb.
O, əlavə edib ki, cəmiyyət bu cür dəyişikliklərə hazır olmalıdır.