Suqovuşana növbəti köç karvanı yola salınıb

media-ads_728_90

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Plana uyğun olaraq, bu gün Ağdərə rayonunin Suqovuşan kəndinə növbəti köç karvanı yola salınıb.

“TV1” xəbər verir ki, bu mərhələdə kəndə 53 ailə – 174 nəfər köçürülür.

Suqovuşan kəndinə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

media-ads_728_90
Paylaş