Suriya üzrə Türkiyə-ABŞ işçi qrupunun iclası keçiriləcək
Mayın 20-də Vaşinqtonda Suriya üzrə Türkiyə-ABŞ işçi qrupunun iclası keçiriləcək.
“TV1” xəbər verir ki, müzakirələrdə Ankaranı xarici işlər nazirinin müavini Nuh Yılmaz, Amerika tərəfini isə dövlət katibinin müavini Kristofer Landau təmsil edəcək.
İclasda Ankara və Vaşinqtonun Suriya siyasətinin prioritetləri, bu ölkədə təhlükəsizlik və sabitliyin təmin edilməsi istiqamətində birgə addımlar ətrafında fikir mübadiləsi aparılacaq.
Terror təşkilatları, o cümlədən İŞİD ilə mübarizəyə xüsusi diqqət ayrılması planlaşdırılır.