Suriyada baş verən prosesləri yaxından izləyirik - Rəsmi Bakı

media-ads_728_90

“Azərbaycan Suriyada baş verən prosesləri yaxından izləyir”.

“TV1” xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İsrail-Suriya qarşıdurmasına münasibət bildirərkən deyib.

“Suriyanın ərazi bütövlüyü və suverenliyinə, bölünməzliyinə və siyasi birliyinə dəstəyimizi bir daha ifadə edirik. Suriyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olunması mütləq dərəcədə vacibdir”, – deyə XİN rəsmisi əlavə edib. /report/

media-ads_728_90
Paylaş