Şuşada "Son Zəng" çalınıb - 34 ildən sonra
Şuşa şəhər 1 nömrəli tam orta məktəbdə işğaldan sonra ilk dəfə “Son Zəng” tədbiri keçirilib.
“TV1” xəbər verir ki, tədbirdə Azərbaycan Prezidentinin Şuşa rayonundakı səlahiyyətli nümayəndəsi Aydın Kərimov və digər qurumların rəhbər şəxsləri iştirak ediblər.
Tədbirdə iştirak edən qonaqlar məzunları təbrik ediblər. Məktəblilərin ifasında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
Tədbirin sonunda məzunlara tam orta təhsil haqqında attestatlar təqdim edilib. Bu il həmin məktəbdən 8 şagird məzun olur.
Qeyd edək ki, Şuşa şəhərində 34 ildən sonra bu gün ilk dəfə “Son zəng” çalınıb.