media-1200x100

Sverdlovsk vilayətində təşkil olunan Azərbaycan Milli Həyəti böyük coşqu ilə qarşılanıb – FOTO/VİDEO

media-ads_728_90

Sverdlovsk vilayətində Azərbaycan Diasporunun Milli Həyəti təşkil olunub.

“TV1” xəbər verir ki, sentyabrın 1-də Vladimir Mayakovski adına Mədəniyyət və İstirahət Parkında təşkil olunan tədbir vilayət sakinləri və ictimaiyyət nümayəndələrinin böyük marağına səbəb olub.

Orta Uralın Xalqlar Gününə həsr olunmuş bayram şənliyi vilayət sakinlərinin sevərək qatıldığı tədbirlərdəndir.

“Azərbaycan-Ural” İctimai Milli Mədəni qurumunun təşkilatçılığı ilə baş tutan Milli Həyət qonaqlar tərəfindən böyük coşqu ilə qarşılanıb.

Tədbirdə Azərbaycanın tarixini, mədəniyyətini, adət-ənənələrini əks etdirən görüntülər nümayiş olunub.

Bayram şənliyində ləziz yeməklərimiz qonaqlara təqdim edilib. Ziyarətçilər dadlı təamlarımızdan dadıblar. Bundan basqa, tədbir boyu musiqilərmiz səsləndirilib. Yallı rəqsinin kollektiv ifası isə tədbirə xüsusi rəng qatıb.

Daha sonra vilayət sakinləri diaspor nümayəndələrimizlə birgə musiqilərimizin sədaları altında rəqs ediblər.

Tədbirdə diqqət çəkən məqamlar da yaşanıb. Ziyarətçilər xanımlarımızla birgə ləziz Azərbaycan dolmasının bişirilməsində həvəslə iştirak ediblər.

“Azərbaycan-Ural” İctimai Milli Mədəni təşkilatının sədri Şahin Şıxlinskinin iştirak etdiyi tədbirə vilayət administrasiyasının rəhbərliyini təmsil edən şəxslər, ictimaiyyət nümayəndələri də qatılıb. Eyni zamanda, bayram şənliyini Sverdlovsk vilayətində yaşayan soydaşlarımız, vilayət sakinləri də ziyarət ediblər.

Tədbir yerli kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb.

media-ads_728_90
Paylaş