Tailandda təyyarə QƏZASI - Beş nəfər həlak olub
Tailand sahillərində yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.
“TV1” xəbər verir ki, bu barədə “Thai PBS” telekanalı məlumat yayıb.
Qəzanın baş verməsinin nəticəsində beş nəfər həyatını itirib, bir nəfər isə ağır yaralanıb.
Hadisənin Pxetçaburi vilayətinin Ça-Am şəhəri yaxınlığında baş verdiyi deyilir.