Taksi istifadəçilərinin sayı azalır - Rəsmi statistikada...

media-ads_728_90

Cari ilin yanvar-iyun aylarında Azərbaycanda taksi xidmətindən istifadə edən sərnişinlərin sayı 39 822 nəfər olub, bu da illik müqayisədə 0,6% azalma deməkdir.

“TV1” xəbər verir ki, bu baradə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.

Qeyd olunur ki, ötən ilin birinci yarısında taksi xidmətindən 40 062,5 müştəri istifadə edib.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 6,2% artaraq 900 898,5 min təşkil edib.

media-ads_728_90
Paylaş