Tbilisidə bazarda güclü yanğın baş verib

media-ads_728_90

Gürcüstanın paytaxtı Tbilisidə vağzal bazarının ərazisində güclü yanğın qeydə alınıb.

“TV1” xəbər verir ki, Gürcüstan Fövqəladə Halların İdarə Olunması Xidmətinin (FHİOX) məlumatına görə, yanğın “Borjomi Vağzalı” adlanan ərazidə baş verib.

Bu ərazidə əsasən geyim, meyvə-tərəvəz və müxtəlif anbar obyektləri yerləşir.

Hadisə yerinə dərhal FHİOX əməkdaşları cəlb olunub. Xilasedici briqadalar hazırda alovun söndürülməsi və ərazinin təhlükəsizliyinin təmin olunması istiqamətində işlər aparır.

İlkin məlumatlara görə, yanğın nəticəsində xəsarət alan yoxdur. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

media-ads_728_90
Paylaş