Macarıstanda TDT-nin Zirvə Görüşü keçiriləcək
Macarıstanda Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə Görüşü keçiriləcək.
“TV1” xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.
Məlumatda qeyd olunur ki, mayın 20-21-i tarixlərində Macarıstanın paytaxtı Budapeştdə TDT dövlət başçılarının qeyri-rəsmi Zirvə Görüşü keçiriləcək.
Bildirilir ki, TDT-dən verilən məlumata görə, Macarıstanın Baş naziri Viktor Orban TDT liderlərini tədbirə dəvət edib.
Macarıstanın ev sahibliyində keçiriləcək görüşdə təşkilata üzv ölkələr Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistanın dövlət başçıları iştirak edəcəklər. Eyni zamanda, Zirvə Görüşünə TDT-nin Baş Katibi, həmçinin təşkilatda müşahidəçi qismində təmsil olunan ölkələrin nümayəndələri də qatılacaqlar.