Tehrandakı 10 nüvə obyekti məhv ediləcək - İsrailin müdafiə naziri
İranın 10 nüvə obyekti Tehranda yerləşir və İsrailin Hərbi Hava Qüvvələri artıq bu gün onlara zərbə endirmək niyyətindədir.
“TV1” xəbər verir ki, “The Times of Israel” qəzeti İsrailin müdafiə naziri İsrael Katsın sözlərini yayıb.
Nazir bildirib ki, Hərbi Hava Qüvvələri bu gün Tehranda çox mühüm, strateji hədəflərə və infrastruktur obyektlərinə zərbələr endirəcək.
O bildirib ki, İsrail Müdafiə Ordusu yaxınlıqda olan insanları təxliyə barədə xəbərdar edəcək.
İranın nüvə obyektlərinə gəlincə, İ.Kats bildirib ki, Fordo yeraltı obyekti şübhəsiz ki, həll ediləcək məsələdir:
“Tehranda İsrailin məhv edəcəyi 10-dan çox nüvə obyekti var”.