Tehranın hava məkanına tam nəzarət edirik - İsrail 

media-ads_728_90

“İsrail 120-dən çox raket buraxılış qurğusunu məhv edərək Tehranın üzərində tam hərbi üstünlük əldə edib”.

“TV1” xəbər verir ki, bunu İsrail Müdafiə Ordusunun rəsmi nümayəndəsi Efi Defrin bildirib.

O deyib ki, İsrail Ordusu İranın raket qurğularının üçdə birini məhv edib və İran səmasında havada tam üstünlük əldə edib.

“Əməliyyatın başlamasından bəri 120-dən çox raket buraxılış qurğusu məhv edilib. Bu da İranın raket buraxılış qurğularının ümumi sayının üçdə birini təşkil edir. Ötən gecə Hərbi Hava Qüvvələri eyni zamanda 20-dən çox “yer-yer” tipli raket sistemini məhv edib. Dünən axşam Hərbi Hava Qüvvələri mərkəzi İranda İsfahandakı təxminən 100 hərbi hədəfə zərbələr endirib”, – deyə E.Defrin əlavə edib.

media-ads_728_90
Paylaş