Tələbələrin köçürülməsi yekunlaşıb
2024-2025-ci tədris ili üçün təhsilalanların köçürülüməsi elektron formada təhsil müəssisələri tərəfindən həyata keçirilib.
“TV1” xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin məlumatında bildirilir.
Məlumatda qeyd olunub ki, sənəd qəbulu portal.edu.az vasitəsilə 25 iyul-1 avqust tarixində aparılıb.
Qeyd edilib ki, elektron müraciətlər təhsil müəssisələri tərəfindən emal olunub və qaydalar çərçivəsində yekun qərar qəbul olunub.
Ümumilikdə 2575 tələbə təhsil müəssisəsinin, ixtisasın və təhsilalma formasının dəyişdirilməsi üçün müraciət edib və 1054 müraciət müsbət nəticə ilə yekunlaşıb.