Təyyarə qəzasında yaralananlar arasında qəlpə yarası alanlar olubmu? - Nazirdən açıqlama
Səhiyyə naziri Teymur Musayev təyyarə qəzasında yaralananlar arasında qəlpə yarası alanların olub-olmamasına aydınlıq gətirib.
“TV1” xəbər verir ki, səhiyyə naziri “Yeni Klinika”ya yerləşdirilən yaralıların son vəziyyəti barədə danışarkən bildirib ki, xəsarətlər əsasən travmatikdir.
“Onların hansı səbəbdən xəsarət aldıqlarını – qəlpə, güllə yarası aldıqlarını konkret olaraq deyə bilmərik. Bu özü ayrı araşdırmanın mövzusudur, əsasən sınıq və küt travmalar var”, – deyə nazir qeyd edib.