TikTok-un satışı dayandırıldı - Pekinin ABŞ-dan QİSASI

media-ads_728_90

Çin rəhbərliyi ABŞ-da TikTok-un aktivlərinin satışı ilə bağlı planlaşdırılan razılaşmanı dondurub.

“TV1” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilir ki, söhbət TikTok-un aktivlərinin ABŞ-da yeni yaradılacaq şirkətə ötürülməsindən gedir. Yeni qurum əsasən amerikalı investorların nəzarətində olmalı idi, Çin şirkəti “ByteDance” isə cəmi 20 faizdən az səhmə sahib olacaqdı.

ABŞ prezidenti Donald Trampın qarşılıqlı gömrük rüsumları tətbiq etməsindən sonra Çin hökuməti açıq şəkildə bu razılaşmanı təsdiqləməyəcəyini bəyan edib.

Pekinin bu addımı Vaşinqtona siyasi və iqtisadi təzyiq kimi dəyərləndirilir.

media-ads_728_90
Paylaş