Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi

media-ads_728_90

ABŞ milli təhlükəsizliyi təhdid edən ticarət balanssızlığına görə fövqəladə vəziyyət elan edib.

“TV1”  xəbər verir ki, bu barədə Amerika prezidenti Donald Tramp bəyan edib.

“Bu təhlükənin mənbəyi ABŞ-dan kənarda, əsas ticarət tərəfdaşlarının daxili iqtisadi siyasətlərində və qlobal ticarət sistemindəki struktur disbalansındadır. Təhlükəyə cavab olaraq milli fövqəladə vəziyyət elan edirəm”.

Tramp deyib ki, ABŞ-ın digər ölkələrlə ticarət əlaqələrində qarşılıqlılıq yoxdur:

“Bu münasibətlər xüsusilə son illərdə son dərəcə balanssızlaşıb”.

media-ads_728_90
Paylaş