Tramp ABŞ ordusuna husilərə qarşı genişmiqyaslı əməliyyat başlatmağı əmr edib

media-ads_728_90

ABŞ Prezidenti Donald Tramp Amerika silahlı qüvvələrinə Yəməndəki husi üsyançılarına güclü zərbələr endirməyi əmr edib.

“TV1” xəbər verir ki, bu barədə o, “Truth” sosial şəbəkəsində yazıb:

“Bu gün mən ABŞ ordusuna yəmənli terrorçulara – husilərə qarşı qəti və güclü addımlar atmağı əmr etdim”.

Tramp qərarını husilərin gəmilərə, təyyarələrə və dronlara atəş açması ilə əsaslandırıb.

“Husi terrorçularına mesaj göndərirəm – sizin vaxtınız bitdi. Bu gün hücumu dayandırmalısınız. Əks halda, heç vaxt yaşamadığınız cəhənnəm əzabı çəkəcəksiniz”, – deyə ABŞ Prezidenti əlavə edib.

media-ads_728_90
Paylaş