Tramp bu halda İstanbul danışıqlarına gedəcək
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinin də ora səfər edəcəyi təqdirdə Ukrayna ilə bağlı danışıqlar üçün Türkiyəyə gedəcəyi ehtimalının olduğunu deyib.
“TV1” xəbər verir ki, bu barədə D.Tramp jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, Putin onun Ukrayna üçün İstanbulda olmasını istəyir, amma Putinin gəlib-gəlməyəcəyini bilmir.