Tramp İran rəhbərliyinin kənarlaşdırılmasını istəyir - “Yaxşı lider” roluna namizədləri də var

media-ads_728_90

ABŞ prezidenti Donald Tramp İranın bütün rəhbərliyinin tamamilə kənarlaşdırılmasını istədiyini açıqlayıb.

“TV1” BBC-yə istinadən xəbər verir ki, o bu barədə NBC News telekanalına müsahibəsində deyib.

D.Tramp deyib ki, onun da “yaxşı lider” roluna bir neçə namizədi var.

ABŞ lideri müsahibəsində qeyd edib ki, hazırda İrana müdaxilədən söhbət getmir.

Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri (IDF) dünən gecə Tehranda “İran rejimi infrastrukturuna” qarşı kütləvi zərbələr endirməyə başladığını açıqlayıb. Bundan əvvəl İsrail Baş Qərargah rəisi Eyal Zamir bəyan etmişdi ki, İsrail İrana qarşı əməliyyatın növbəti mərhələsinə keçir.

ABŞ Mərkəzi Komandanlığının rəisi Bradley Cooper isə bildirib ki, ABŞ artıq 30-dan çox İran gəmisini batırıb. ABŞ-ın müdafiə naziri Pit Heqset bildirib ki, İrandakı əməliyyat “qətiyyətlə irəliləyir”.

Xatırladaq ki, ABŞ Maliyyə Nazirliyi İrandakı vəziyyət fonunda dənizdə tankerlərdə saxlanılan Rusiya neftini almaq üçün Hindistana müvəqqəti icazə verib. Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Hindistanın Rusiyadan neft almasını dayandırmağa razılaşdığını iddia etmişdi.

media-ads_728_90
Paylaş