"Tramp marşrutu"nun Ermənistandan keçən hissəsinin inşasına gələn ilin ikinci yarısında başlanacaq - Paşinyan

media-ads_728_90

“Sünikdə “Tramp Marşrutu”nun (TRIPP) hissəsinin tikintisi 2026-cı ilin ikinci yarısında başlayacaq”.

“TV1” xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı bildirib.

“İlin sonuna qədər plan tərtib ediləcək və layihənin bütün təfərrüatları təsvir ediləcək. Bunlar da 2026-cı ilin birinci yarısında təsdiqlənəcək, – deyə o qeyd edib.

N.Paşinyan qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın komandası Yaxın Şərqdəki digər layihələrlə də yüklənib, lakin Ermənistan müəyyən edilmiş müddətlərə riayət olunmasına nail olacaq.

media-ads_728_90
Paylaş