Tramp Ukraynada sülh üçün bütün variantları nəzərdən keçirməyə hazırdır - Marko Rubio

media-ads_728_90

“ABŞ Prezidenti Donald Tramp Ukraynada münaqişənin həllinə gətirib çıxaracaq istənilən mexanizmə açıqdır”.

“TV1” xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Türkiyədə NATO-nun baş katibi Mark Ryutte ilə birgə mətbuat konfransında bildirib.

“ABŞ Prezidentinin mövqeyi son dərəcə aydındır – o, hər şeyin başa çatmasını istəyir və Ukraynada sülhə gətirib çıxaracaq istənilən mexanizmə açıqdır. Biz irəliləyiş görmək istəyirik. Hansı mexanizmin ortaya çıxmasından və ya hansı prosesin baş verməsindən asılı olmayaraq, biz münaqişəyə son qoymaq üçün konstruktiv dialoqa açığıq”, – deyə M.Rubio bildirib.

media-ads_728_90
Paylaş