Rusiya prezidenti Trampın xüsusi nümayəndəsi ilə görüşüb - Görüş 4 saatdan çox çəkib
Rusiya prezidenti Vladimir Putin ilə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında görüş başa çatıb.
“TV1” xəbər verir ki, Putin və Uitkoff arasında gedən danışıqlar 4 saatdan çox davam edib.
Nümayəndə heyətləri görüşün keçirildiyi Prezident Kitabxanasının binasından ayrılıblar.
Məlumata görə danışıqların əsas mövzusu Ukrayna böhranının nizamlanmasının aspektləri olub.