Trampla təkbətək çox şeyi müzakirə etdik - Zelenski

media-ads_728_90

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla görüşünün təfərrüatını açıqlayıb.

“TV1” xəbər verir ki, bu barədə Ukrayna lideri “Telegram” səhifəsində yazıb.

“Təkbətək çox şey müzakirə edə bildik. Deyilənlərin hamısından nəticəyə ümid edirik. Xalqımızın həyatının qorunması. Tam və qeyd-şərtsiz atəşkəs. Müharibənin təkrarlanmasından qoruyacaq etibarlı və davamlı sülh. Ümumi nəticələr əldə etsək, bunun tarixi olmaq potensialı var”, – deyə V.Zelenski bildirib.

media-ads_728_90
Paylaş