Türk Hava Yolları bu ölkələrə uçuşları ləğv etdi
Türk Hava Yolları iyulun 31-dək İraq, Livan, İordaniya, İran və Suriyaya olan reyslərini ləğv edib.
“TV1” xəbər verir ki, bu barədə THY məlumat yayıb.
Bildirilir ki, sərnişinlərə pulsuz dəyişmə və ya geri qaytarma hüququ verilib.
Qərarın səbəbi açıqlanmayıb. Bununla belə, gecə boyu Suriyanın cənubunda toqquşmaların getdiyi bildirilib.