“Türk Hava Yolları” Moskvaya reysləri LƏĞV ETDİ

media-ads_728_90

“Türk Hava Yolları” ötən gecə hava limanlarında tətbiq edilən məhdudiyyətlər səbəbindən Moskvaya uçuşları ləğv edib.

“TV1” xəbər verir ki, bu barədə Rusiya Tur Operatorları Assosiasiyası məlumat yayıb.

“Mayın 26-na keçən gecə Rusiyanın hava limanlarında təyyarələrin enişi və uçuşuna yenidən məhdudiyyətlər tətbiq edilib. Bu da Domodedovo, Vnukovo və Jukovski hava limanlarının cədvəllərində dəyişikliklərə səbəb oldu. Uçuşların 60%-ə qədəri gecikir və ya ləğv edilir. Bu, “Türk Hava Yolları”nın uçuş müntəzəmliyinə də təsir göstərib”, – deyə məlumatda qeyd olunub.

media-ads_728_90
Paylaş