Ərdoğan Ukrayna Prezident Aparatının rəhbərini qəbul edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermakı Ankarada qəbul edib.
“TV1” xəbər verir ki, görüşdə Rəsmi Kiyevin Rusiya ilə danışıqlar heyətinin rəhbəri Rüstəm Ömərov da iştirak edib.
Qeyd edək ki, Türkiyədə Rusiya-Ukrayna heyətləri arasında danışıqlar aparılır.