Türkiyə və ABŞ Prezidentləri GÖRÜŞƏCƏK
Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan Niderlandda keçiriləcək NATO sammiti çərçivəsində amerikalı həmkarı Donald Trampla görüşəcək.
“TV1” xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
İki gün davam etməsi gözlənilən sammitdə Avropanın təhlükəsizliyi və hərbi xərclərin artırılması müzakirə olunacaq.
Qeyd edək ki, R.T.Ərdoğan səfər çərçivəsində dövlət və hökumət başçıları ilə də görüşəcək.